ABŞ-ın gələcək dövlət katibi Rusiya şirkətindəki səhmlərini satacaq

ABŞ-ın gələcək dövlət katibi Rusiya şirkətindəki səhmlərini satacaq Reks Tillersonun Çinin telekommunikasiya şirkətlərində, “Alibaba” və “Baidu”da 360 min dollaradək səhmi var
Digər ölkələr
11 Yanvar , 2017 09:42
ABŞ-ın gələcək dövlət katibi Rusiya şirkətindəki səhmlərini satacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın gələcək dövlət katibi, “ExxonMobil” neft şirkətinin keçmiş rəhbəri Reks Tillerson “Yandex” axtarış sistemindəki səhmlərini satacaq.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu haqda R.Tillersonun maliyyə hesabatında bildirilib.

Məlumata görə, Rusiyaya məxsus bu axtarış sistemində Tillersonun 1000-dən 15 000-dək səhm zərfi var. Gələcək dövlət katibinin Çinin telekommunikasiya şirkətlərində, eləcə də “Alibaba” və “Baidu” da 360 min dollaradək səhmi mövcuddur. R.Tillersonun ən çox səhmi isə “ExxonMobil”dədir. Həmin səhmlərin qiyməti 200 milyon dollara yaxındır.

Qeyd edək ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi postuna R.Tillersonun namizədliyini irəli sürəndən sonra o, “ExxonMobil”in baş direktoru vəzifəsindən istefa verib. 

Xatırladaq ki, yanvarın 20-də Donald Trampın prezident kimi and içmə mərasimi olacaq. Həmin tarixdən sonra o, vəzifəsinin icrasına başlayacaq. 

Son xəbərlər

Orphus sistemi