ABŞ-ın Ədliyyə Nazirliyi 46 federal prokurorun istefasını tələb edib

ABŞ-ın Ədliyyə Nazirliyi 46 federal prokurorun istefasını tələb edib Onlar Barak Obamanın prezidentliyi dövründə təyin olunub
Digər ölkələr
11 Mart , 2017 01:44
ABŞ-ın Ədliyyə Nazirliyi 46 federal prokurorun istefasını tələb edib

Bakı. 11 mart. REPORT.AZ/ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns ona tabe olan və əvvəlki prezident Barak Obamanın dövründə təyin edilən 46 federal prokurorun istefasını tələb edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda bildirilir.

"Əvvəlki hakimiyyət ötürülməsi hallarında olduğu kimi, keçmiş administrasiya tərəfindən namizədliyi irəli sürülmüş bir çox federal prokurorlar, artıq Ədliyyə Nazirliyini tərk ediblər. Baş prokuror indi prezident Obama tərəfindən təyin edilmiş digər 46 prokurordan hakimiyyətin eyni vaxtda təhvil verilməsini təmin etmək üçün istefa barədə ərizə verməyi xahiş edib", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi