ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb

ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb Vaşinqton nüvə sazişinə riayət etməklə bağlı hələ qəti qərar qəbul etməyib
Digər ölkələr
15 Sentyabr , 2017 01:59
ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Vaşinqton nüvə proqramı üzrə razılaşmaya müvafiq olaraq İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması rejiminin müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat verib.

"Administrasiya qərarların qəbul edilməsində müəyyən çevikliyi qorumaq üçün sanksiyaların aradan qaldırılması rejimini təsdiq edib", - deyə Noyert bildirib.

Bununla yanaşı, Dövlət Departamentindən qeyd ediblər ki, Amerika Administrasiyası İran ilə nüvə razılaşmasına riayət etməkıə bağlı hələ qəti qərar qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi