ABŞ HHQ-nin zərbələri nəticəsində Suriyada 100-dən çox "Əl-Qaidə" döyüşçüsü məhv edilib

ABŞ HHQ-nin zərbələri nəticəsində Suriyada 100-dən çox "Əl-Qaidə" döyüşçüsü məhv edilib Zərbələr "Əl-Qaidə"nin Suriyanın qərbində, İdlib vilayətindəki düşərgəsinə endirilib
Digər ölkələr
21 Yanvar , 2017 01:43
ABŞ HHQ-nin zərbələri nəticəsində Suriyada 100-dən çox Əl-Qaidə döyüşçüsü məhv edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin yanvarın 19-da endirdikləri zərbələri nəticəsində Suriyada 100-dən çox "Əl-Qaidə" döyüşçüsü məhv edilib.

"Report" "MİQ News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçisi məlumat yayıb.

Adının anonim saxlanılmasını istəyən məmurun sözlərinə görə, hava zərbələri "B-52" bombardmançıları vasitəsilə həyata keçirilib. O, qeyd edib ki, yaraqlıların mövqelərinə 14 mərmi atılıb. 

Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, zərbələr "Əl-Qaidə"nin Suriyanın qərbində, İdlib vilayətindəki düşərgəsinə endirilib.

Son xəbərlər

Orphus sistemi