Yuxarı

ABŞ Dövlət Departamenti Trampla Putin arasındakı görüşdən sonra üç təkliflə çıxış edib

ABŞ Dövlət Departamenti Trampla Putin arasındakı görüşdən sonra üç təkliflə çıxış edib
Birinci təklifə ABŞ və Rusiyadan olan iş adamlarından ibarət yüksək səviyyəli işçi qrupu yaratmaq daxildir

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə başçısı Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra üç təklifi nəzərdən keçirir.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə brifinqdə qurumun rəsmi nümayəndəsi Hizer Nauert məlumat verib.

Birinci təklifə ABŞ və Rusiyadan olan iş adamlarından ibarət yüksək səviyyəli işçi qrupunun yaradılması, ikinciyə iki ölkənin politoloqlarından, hazırkı və sabiq diplomatlarından, sabiq hərbi qulluqçularından ibarət ekspert şurasının yaradılması daxildir. Üçüncü təklif isə ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) və Rusiya Təhlükəsizlik Şurası (TŞ) arasında görüşlər keçirməkdən ibarətdir.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasındakı görüş iyulun 16-da Finlandiyada keçirilib. Dövlət başçıları əvvəlcə təkbətək, ardından isə genişləndirilmiş formatda danışıqlar aparıblar. Bundan sonra onlar birgə mətbuat konfransı keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi