ABŞ Dövlət Departamenti Trampla Putin arasındakı görüşdən sonra üç təkliflə çıxış edib

ABŞ Dövlət Departamenti Trampla Putin arasındakı görüşdən sonra üç təkliflə çıxış edib Birinci təklifə ABŞ və Rusiyadan olan iş adamlarından ibarət yüksək səviyyəli işçi qrupu yaratmaq daxildir
Digər ölkələr
19 İyul , 2018 10:15
ABŞ Dövlət Departamenti Trampla Putin arasındakı görüşdən sonra üç təkliflə çıxış edib
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ Dövlət Departamenti ölkə başçısı Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra üç təklifi nəzərdən keçirir.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə brifinqdə qurumun rəsmi nümayəndəsi Hizer Nauert məlumat verib.

Birinci təklifə ABŞ və Rusiyadan olan iş adamlarından ibarət yüksək səviyyəli işçi qrupunun yaradılması, ikinciyə iki ölkənin politoloqlarından, hazırkı və sabiq diplomatlarından, sabiq hərbi qulluqçularından ibarət ekspert şurasının yaradılması daxildir. Üçüncü təklif isə ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) və Rusiya Təhlükəsizlik Şurası (TŞ) arasında görüşlər keçirməkdən ibarətdir.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin arasındakı görüş iyulun 16-da Finlandiyada keçirilib. Dövlət başçıları əvvəlcə təkbətək, ardından isə genişləndirilmiş formatda danışıqlar aparıblar. Bundan sonra onlar birgə mətbuat konfransı keçiriblər.

Son xəbərlər

Orphus sistemi