ABŞ Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb

ABŞ Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb ABŞ Ədliyyə Nazirliyi WikiLeaksin yaradıcısı Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb.
Digər ölkələr
7 İyun , 2019 10:36
ABŞ Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb

ABŞ Ədliyyə Nazirliyi "WikiLeaks"in yaradıcısı Culian Assanja qarşı yeni ittihamlar hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə NOS telekanalı məlumat verib.

Telekanalın bildirdiyinə görə, qurum məhkum edilmiş fırıldaqçını əsas şahid qismində prosesə cəlb edib.

Qeyd olunur ki, söhbət FTB-nin sabiq müxbiri Siqurdur Tordarsondan gedir. O, keçən həftə C.Assanjın işi üzrə hazırlıq məqsədi ilə ABŞ-a uçub.

Daha əvvəl Assanjın ekstradisiyası ilə bağlı Londonda məhkəmə dinləməsinin iyunun 14-nə təxirə salındığı bildirilib.

Son xəbərlər

Orphus sistemi