Çexiya televiziyasında II Dünya müharibəsini SSRİ-nin başladığı bildirilib

Dünya
  • 09 noyabr, 2014
  • 05:35
Çexiya televiziyasında II Dünya müharibəsini SSRİ-nin başladığı bildirilib

Bakı. 9 noyabr. REPORT.AZ/ Çexiyanın Teleradio Yayım Şurası Çex televiziyasının qeyri-obyektiv informasiya yayması faktı ilə bağlı araşdırmaya başlayıb.

"Report"un "Radio Praqa"ya istinadən verdiyi məlumata görə, sentyabrın 18-i səhər efirində radionun aparıcısı Yana Peroutkova məlumat verib ki, "Polşa Sovet qoşunlarının ölkəyə müdaxiləsinin 75-ci ildönümünü yad edir. 17 sentyabr 1939-cu il hadisələri Avropada II Dünya müharibəsinə səbəb olub".

Xatırladaq ki, müharibənin başlanğıcı kimi Almaniyanın 1 sentyabr 1939-cu il tarixində Polşa ərazisinə hücum etməsi əsas götürülür. Bununla belə, Sovetin 1939-cu ilin sentyabrında Polşaya, daha dəqiq isə Qalisiya və Volına müdaxiləsi həqiqətən də baş verib. Sovet İttifaqı 1939-cu ildə Molotov – Ribbentrop paktı çərçivəsində nüfuz sahələrinin, o cümlədən Polşanın bölüşdürülməsi barədə Hitler Almaniyası ilə razılıq əldə edib.

Çex televiziyası, çox güman ki, nəzarət qurumu tərəfindən cərimə olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti