Olivye Jiru Fransa millisinin tarixinə düşüb
Dünya Çempionatı - 2022
- 04 dekabr, 2022
- 15:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya "Milan"ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.
44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. Üçüncü pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
Qeyd edək ki, hazırda Fransa - Polşa görüşündə fasilədir. İlk hissədən sonra "xoruzlar" məhz Jirunun yeganə qolu ilə hesabda öndədir - 1:0.
Son xəbərlər
11:54
Azərbaycanda bələdiyyələrin maliyyə imkanlarının artırılması təklif olunur
Maliyyə11:51
"Abşeron" yatağının tammiqyaslı işlənməsi üçün 4,2 milyard dollarlıq sərmayə tələb olunacaq
Energetika11:50
Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcək
Energetika11:44
Foto
Növbəti köç Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
Daxili siyasət11:43
Foto
Neftçala DOST qəbul şöbəsində gün ərzində 100-ə yaxın vətəndaşa xidmət göstərilir
Sosial müdafiə11:42
"FlyDubai" təyyarəsində davanı Rusiya və Ukrayna əsilli pilotlar salıb - YENİLƏNİB-2
Digər ölkələr11:35
IV MDB Oyunları 2027-ci ildə Qırğızıstanda keçiriləcək
İdman11:35
Foto
Yasamal rayonunda içməli su xəttində qəza baş verib
İnfrastruktur11:31