Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
"Report" IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, mundiallarda baş məşqçi kimi ən çox meydana çıxan mütəxəssislərin siyahısı tərtib olunub.
İlk pillədə almaniyalı Helmut Şön qərarlaşıb. O, 1966, 1970, 1974 və 1978-ci illərdəki turnirlərdə 25 qarşılaşmada ölkəsinin yığmasına rəhbərlik edib.
Braziliyalı Karlos Alberto Perreyra bu göstəriciyə görə ikincidir. 79 yaşlı mütəxəssis 1982-ci ildə Küveyt, 1990-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-cı illərdə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı, 2010-cu ildə isə Cənubi Afrika Respublikasının yığması ilə mundialın iştirakçısı olub. Perreyra 24 görüşdə baş məşqçi funksiyasını yerinə yetirib.
İlk "3-lüy"ü digər braziliyalı Luis Felipe Skolari qapayıb. 74 yaşlı mütəxəssis 2002 və 2014-cü illərdə Braziliya seçməsinin, 2006-cı ildə isə Portuqaliya yığmasının sükanı arxasında olub. O, ümumilikdə 21 matçda baş məşqçi kimi meydana çıxıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Baş məşqçi |
Ölkəsi |
Oyun sayı |
Komandalar/Çempionatlar |
|
1 |
Helmut Şön |
Almaniya |
25 |
Almaniya 1966, 1970, 1974, 1978 |
2 |
Karlos Alberto Perreyra |
Braziliya |
24 |
Küveyt 1982, BƏƏ 1990, Braziliya 1994, 2006, Səudiyyə Ərəbistanı 1998, CAR 2010 |
3 |
Luiz Felipe Skolari |
Braziliya |
21 |
Braziliya 2002, 2014, Portuqaliya 2006 |
4 |
Bora Milutinoviç |
Yugoslaviya/Meksika |
20 |
Meksika 1986, Kosta Rika 1990, ABŞ 1994, Nigeriya 1998, Çin 2002 |
Oskar Tabarez |
Uruqvay |
20 |
Uruqvay 1990, 2010, 2014, 2018 |
|
Mario Zaqallo |
Braziliya |
20 |
Braziliya 1970, 1974, 1998 |
|
7 |
Enzo Birzot |
İtaliya |
18 |
İtaliya 1978, 1982, 1986 |
Zepp Herberger |
Almaniya |
18 |
Almaniya 1938, 1954, 1958, 1962 |
|
Quus Hiddink |
Niderland |
18 |
Niderland 1998, Cənubi Koreya 2002, Avstraliya 2006 |
|
10 |
Yoahim Löv |
Almaniya |
17 |
Almaniya 2010, 2014, 2018 |