DÇ-2022: Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəlib

DÇ-2022: Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəlib Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
2 Dekabr , 2022 00:55
DÇ-2022: Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəlib

Yaponiya və İspaniya yığmaları Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, iki kollektiv E qrupunun son turunda üz-üzə gəlib. Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra yaponiyalılar 6 xalla qrup lideri olublar. 4 xalı olan ispaniyalılar isə 2-ci yerin sahibi kimi pley-offa adlayıb.

Qeyd edək ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə, İspaniya isə Mərakeşlə qarşılaşacaq.

00:10

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 53-cü dəqiqədə Ao Tanaka Asiya təmsilçisini önə keçirib - 2:1.

00:06

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Asiya təmsilçisi 48-ci dəqiqədə Ritsu Doanın vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

00:02

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra hesab Pireney təmsilçisinin xeyrinədir - 1:0.

23:51

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 12-ci dəqiqədə Alvaro Morata vurub.

23:13

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, 12-ci dəqiqədə Avropa təmsilçisindən Alvaro Morata hesabı açıb.

23:00

Qətərdə keçirilən dünya çempionatında Yaponiya və İspaniya yığmaları arasında E qrupunun III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:26

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Yaponiya və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Yaponiya: Şuiçi Qonda (q), Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Daiçi Kamada, Syoqo Taniquti, Ao Tanaka, Hidamesa Morita, Dzünyo İto, Daydzen Maeda, Takefuso Kubo

İspaniya: Unay Simon, Sesar Asplikueta, Rodri, Alexandro Balde, Pau Torres, Qavi, Serxio Busgets, Pedri, Dani Olmo, Alvaro Morata, Niko Uilyams

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi