DÇ-2022: Almaniya millisi mundialla vidalaşıb

DÇ-2022: Almaniya millisi mundialla vidalaşıb Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
2 Dekabr , 2022 00:56
DÇ-2022: Almaniya millisi mundialla vidalaşıb

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.

"Report"un məlumatına görə, Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

00:48

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 90+2-ci dəqiqədə Niklas Füllkruq 4-cü topu Mərkəzi Amerika təmsilçisinin qapısından keçirib - 4:2.

00:41

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 5-ci qol vurulub.

"Report"un məlumatına görə, Bundestim 85-ci dəqiqədə Kay Havertsin qolu ilə hesabda önə keçib - 3:2.

00:30

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Bundestim 73-cü dəqiqədə tarazlığı bərpa edib. Kay Haverts fərqlənib - 2:2.

00:28

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 70-ci dəqiqədə Mərkəzi Amerika təmsilçisindən Xuan Pablo Varqas komandasını önə çıxarıb - 2:1.

00:16

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Mərkəzi Amerika təmsilçisi Yeltsin Texedanın 58-ci dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib - 1:1.

00:03

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, hazırda Avropa təmsilçisi hesabda öndədir - 1:0.

23:52

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, ilk yarı Bundestimin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Yeganə qolu 10-cu dəqiqədə Serj Qnabri vurub.

23:11

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 10-cu dəqiqədə Serj Qnabri Bundestimi önə keçirib.

23:00

Qətərdə keçirilən dünya çempionatında Kosta Rika və Almaniya yığmaları arasında E qrupunun III tur oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:12

Qətərdə keçirilən dünya çempionatının E qrupunun III turunda üz-üzə gələcək Kosta Rika və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Brayan Ovyedo, Xuan Pablo Varqas, Brandon Agilera, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Joel Kempbell, Cohan Veneqas

Almaniya: Manuel Noyer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Leroy Sane, Tomas Müller

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi