Futbol üzrə Mərakeş millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti bəlli olub.
"Report" Mərakeş Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 26 oyunçunun adı daxil edilib.
Qapıçılar: Əhməd Tanyauti ("Vidad"), Yassin Bono ("Sevilya", İspaniya), Munir Əl-Kajui ("Əl-Vəhdə"), Birləşmiş Ərəb Əmirlikləri).
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, fransa), Nussayr Məzraui ("Bavariya", Almaniya), Naif Ager ("Vest Hem", İngiltərə), Romen Saiss ("Beşiktaş", Türkiyə), Əşrəf Dari ("Brest", Fransa), Cavad Əl-Yamik ("Valyadolid", İspaniya), Yəhya Attiyat-Allah ("Vidad") ), Bədr Banun ("Qətər", Qətər).
Yarımmüdafiəçilər: Sofyan Amrabat ("Fiorentina", İtaliya), Abdülhamid Sabiri ("Sampdoriya", İtaliya), Səlim Amalla ("Standard", Belçika), Azzedin Unay, Sofyan Bufal (hər ikisi "Anje", Fransa), Bilal Əl-Hannus ("Genk", Belçika), Yəhya Jabrane ("Vidad"), Hakim Ziyeş ("Çelsi", İngiltərə), Amin Arit ("Marsel", Fransa).
Hücumçular: Abde Ezzalzouli ("Osasuna", İspaniya), Zakaria Abukhlal ("Tuluza", Fransa), İlyas Şair (QPR, Uels), Yussef En-Nesiri ("Sevilya", ispaniya), Valid Çeddira ("Bari", İtaliya), Abderrazak Həmdullah ("Əl-İttihad", Səudiyyə Ərəbistanı).
Qeyd edək ki, DÇ-2022 noyabrın 18-dən dekabrın 20-dək təşkil olunacaq. Mərakeş Xorvatiya, Belçika və Kanada ilə birlikdə F qrupunda mübarizə aparacaq.