Argentina millisi üçqat dünya çempionu olub

Argentina millisi üçqat dünya çempionu olub komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar
Dünya Çempionatı - 2022
18 Dekabr , 2022 21:54
Argentina millisi üçqat dünya çempionu olub

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

21:43

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

"Report"un məlumatına görə, görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb - 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.

21:37

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən dəyişib.

"Report"un məlumatına görə, 118-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub - 3:3.

21:28

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

"Report"un məlumatına görə, 109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.

21:05

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

"Report"un məlumatına görə, hazırda qarşılaşmada hesab bərabərdir - 2:2.

21:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

"Report"un məlumatına görə, buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.

20:44

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, 82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

20:42

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 80-ci dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. "Xoruzlar"dan Kilian Mbappe penaltini dəqiq yerinə yetirib - 1:2.

20:09

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb. 

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.

19:53

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

19:36

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.

19:23

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.

19:00

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:22

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi