USCMO-nun baş katibi: İslamofobiya cəhalət olan mühitdə daha çox inkişaf edir

Din
  • 27 may, 2025
  • 13:12
USCMO-nun baş katibi: İslamofobiya cəhalət olan mühitdə daha çox inkişaf edir

Sosial media istifadəçisi olan gənclər islamofobiya ilə daha effektiv mübarizə apara bilərlər.

“Report” xəbər verir ki, bunu ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) baş katibi Oussama Kammal (Oussama Cammal) Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransın panel sessiyasında deyib.

Onun sözlərinə görə, sosial mediadan aktiv istifadə edən gənclər öz fikirlərini daha aydın, sərbəst formada ifadə edə bilirlər. Onların səsi cəmiyyətə və həmyaşıdlarına daha tez çatır:

"İslamofobiya cəhalət olan mühitdə daha çox inkişaf edir. Hazırda rəqəmsal dövrdə yaşayırıq. Sosial medianı aktiv şəkildə istifadə edən gənclər öz fikirlərini açıq şəkildə deyib, mübarizəyə qoşulmalıdırlar. Mübarizə sinif otaqlarından, dost mühitindən başlamalıdır. Çünki maariflənmə və maarifləndirmə əsas amildir".

O.Kammal qeyd edib ki, bu mikromübarizə sayılsa da, digər gəncləri öz səslərini ucaltmağa cəsarətləndirəcək:

"Hicablı gənclər də susmamalı, bu mübarizəyə qoşulmalıdırlar. Onların hər bir addımı digərlərini mübarizəyə ruhlandıracaq".

44 filmi