Ümrə ziyarətləri bu tarixdə bərpa olunacaq

Ümrə ziyarətləri bu tarixdə bərpa olunacaq Səudiyyə Ərəbistanı höküməti 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa olunacağını elan edib.
Din
4733
23 Sentyabr , 2020 10:44
Ümrə ziyarətləri bu tarixdə bərpa olunacaq
0 : 00
0 : 00

Səudiyyə Ərəbistanı 6 aydır təxirə salınan ümrə ziyarətlərinin oktyabrın 4-dən etibarən mərhələli şəkildə bərpa olunacağını elan edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi yayıb.

Bildirilib ki, oktyabrın 4-dən ölkədaxili ümrə ziyarətləri üçün Məscidül-Həramın tutumunun 30 %-i (gündəlik 6 min nəfər) açılacaq. Oktyabrın 18-dən isə Məscidül-Həram və Məscidül-Nəbidəki Ravzayi Şərifin 75 % tutumla ölkə içindən gələn ziyarətçiləri qəbul edəcək.

Noyabrın 1-dən etibarən isə sadəcə ölkədaxili deyil, həm də xaricdən ümrə və ibadət üçün gələnlər qəbul ediləcək. Bu mərhələdə Məscidül-Həram və Məscidül-Nəbi bütövlükdə ziyarətçilər üçün açılacaq. 

Mədinədəki Peyğəmbər məscidi isə oktyabrın 16-dan etibarən fəaliyyətini bərpa edəcək. 

Son xəbərlər

Orphus sistemi