​Şeyxülislam Allahşükür Paşazadə Astanaya səfər edəcək

​Şeyxülislam Allahşükür Paşazadə Astanaya səfər edəcək QMİ sədri dünya və ənənəvi din liderlərinin V Qurultayına qatılacaq
Din
9 İyun , 2015 12:52
​Şeyxülislam Allahşükür Paşazadə Astanaya səfər edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd 10-11 iyun tarixlərində Astanada keçiriləcək Dünya və ənənəvi din liderlərinin V Qurultayında iştirak etməkdir. Qurultayın budəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur. Səfər Astanada keçirilən dünya və ənənəvi din liderlərinin qurultaylarının himayədarı - Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dəvəti əsasında həyata keçirilir.

Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin V Qurultayında da məruzə ilə çıxış edəcək. Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi