Gündüz İsmayılov: "Həyat bilgisi” fənni cəmiyyətdə zərərli dini təbliğata qarşı "immunitet” formalaşdırır"

Gündüz İsmayılov: "Həyat bilgisi” fənni cəmiyyətdə zərərli dini təbliğata qarşı "immunitet” formalaşdırır" Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədi hər bir kəsdə zərərli dini təbliğata qarşı immunitet” formalaşdırmaqdır.
Din
14 May , 2019 15:48
Gündüz İsmayılov: Həyat bilgisi” fənni cəmiyyətdə zərərli dini təbliğata qarşı immunitet” formalaşdırır

"Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədi hər bir kəsdə zərərli dini təbliğata qarşı "immunitet” formalaşdırmaqdır".

"Report"un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədr müavini Gündüz İsmayılov “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda keçirilən tədbirdə deyib.

Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib: "İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır".

G.İsmayılov bildirib ki, dini biliklər deyildikdə, əsasən, bütün dinlərin, müqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatlar nəzərdə tutulur: "Gənclərə lazımi dini biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır".

Son xəbərlər

Orphus sistemi