Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir

Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir.
Din
22 aprel 2025 16:29
Sədr: İlahiyyat İnstitutunun əsas məqsədi dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir

Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiq, peşəkar mütəxəssislər yetişdirməkdir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov din xadimi kimi yeni təyinat alan Azərbaycan İlahiyyat İnstitutunun məzunları ilə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda dini qurumlarla bağlı dövlət siyasəti dini etiqad azadlığının təmin edilməsinə və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına yönəlib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin, tarixi dini abidələrimizin bərpası və qorunması, həmrəylik mühiti və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsi prioritet amillərdəndir. Hər sahədə olduğu kimi, dini sahədə də kadrların peşə bacarıqları və biliklərinin təkmilləşdirilməsinin xüsusi önəm daşıyır. İnstitutun məzunlarının bu məsuliyyətin yükünü daşımağa qadir peşəkarlar kimi özlərini təsdiq edəcəklərinə əminəm".

Təyinat alan məzunlar Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.

Orphus sistemi