QMİ sədri: "Ermənilərin məqsədi vandallıq və bütün məbədləri dağıtmaq olub"

QMİ sədri: "Ermənilərin məqsədi vandallıq və bütün məbədləri dağıtmaq olub" "Bu qələbəni əldə saxlamaq və dirçəltmək hər birimizin borcudur"
Din
7 Aprel , 2021 14:57
QMİ sədri: Ermənilərin məqsədi vandallıq və bütün məbədləri dağıtmaq olub
Allahşükür Paşazadə

"Nə qədər insan özlərini təhlükəyə atır və bu da torpaqların sahibinin biz olduğumuzu göstərir. Onlar sahib olmayıb, məqsədləri vandallıq və bütün məbədləri dağıtmaq olub".

“Report”un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Qarabağ şəhidlərinin məzarlarını ziyarət etdiyini bildirib: "Ermənilərin qəbiristanlıqda 150-dən çox şəhid qəbrini dağıtdıqlarının şahidi oldum. Bu, insanlıq münasibəti deyil. Ermənilər və dünyada olan ermənipərəstlər onları dəstəkləyib. Ümid edirəm ki, bizim bugünkü qələbəmiz İslam dünyası üçün böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və dirçəltmək hər birimizin borcudur. Din xadimlərimiz hərbçilərlə birgə çiyin-çiyinə vuruşdular. Onların arasında şəhid olanlar da var".

Son xəbərlər

Orphus sistemi