QMİ: "Londondakı səfirliyimizə hücum dinə yaraşan hadisə deyil"

QMİ: "Londondakı səfirliyimizə hücum dinə yaraşan hadisə deyil" "Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücum insanların dini inancına zərbədir".
Din
5 Avqust , 2022 14:38
QMİ: Londondakı səfirliyimizə hücum dinə yaraşan hadisə deyil
Hacı Surxay Məmmədli

"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücum insanların dini inancına zərbədir".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, diplomatik nümayəndəliyə qarşı vandalizm insanların narazılığına səbəb olub: "Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüarlar səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm və bunu yolverilməz sayıram”.

Din xadimi qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: “Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir”.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi