“Qazaxıstan Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrdə dini ziyarətlərlə bağlı layihələrə dəstək verəcək”.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşündə deyib.
“Əməkdaşlığımızı dərinləşdirməyə ehtiyac var. Bu baxımdan bugünkü görüş çox önəmlidir. Hazırda dini maarifləndirmə və müsəlman ümməti arasında əməkdaşlığın qurulması istiqamətində bir sıra layihələr müzakirə olunur. Dini bayramlar üçün vahid tarixinin yaradılması müzakirə olunub”, - o vurğulayıb.
N.Taqanulı vacib dini sənədlərin əlyazma və surətlərinin mübadiləsi məsələsində əməkdaşlığın zəruriliyindən bəhs edib.
O, İslam Akademiyası və İslam Kitabxanasının yaradılması təşəbbüsündən də danışıb.