Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
“Report” xəbər verir ki, Dövlət Komitəsi sədri müraciətə cavabında hər il minlərlə dindarın xarici ölkələrdəki müqəddəs məkanları ziyarət etdiyini diqqətə çatdırıb.
O bildirib ki, bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlar var: “Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.
Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Əjdər Tağıoğluna (İsmayılov) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam