Milix Yevdayev: “Dünyanın ən multikultural ölkəsində yaşamağımızla fəxr edirik"

Milix Yevdayev: “Dünyanın ən multikultural ölkəsində yaşamağımızla fəxr edirik"  “The times of İsrail” saytında Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin “Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımıza fəxr edirik” başlığı altında məqaləsi dərc edilib.
Din
13 Oktyabr , 2020 17:04
Milix Yevdayev: “Dünyanın ən multikultural ölkəsində yaşamağımızla fəxr edirik
Milix Yevdayev

“The times of İsrail” saytında Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin “Dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik” başlığı altında məqaləsi dərc edilib.

"Report" xəbər verir ki, məqalədə deyilir:

“Müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib. Bu məmləkətdə bütün xalqlar sülh, əmin-amanlıq şəraitində xoşbəxt yaşayır. Azərbaycanda heç vaxt dinlərarası, millətlərarası zəmində hər hansı mübahisələr, çəkişmələr, digər xoşagəlməz hallar olmamışdır. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, tolerantlıq yüksək mədəniyyətin təzahürüdür. Azərbaycanda əsrlər boyu tolerantlıq olub və var olacaq.

Biz dağ yəhudiləri də uzun əsrlərdir ki, bu torpaqda məskunlaşmışıq. Azərbaycan xalqı həmişə bizə dayaq olub və bir qalxana çevrilərək həmişə bizi bütün bəlalardan müdafiə edib. Azərbaycanı özünə doğma vətən bilən yəhudilər heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıblar. Biz azərbaycanlılarla doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, Azərbaycanda yaşamış və indi bütün dünyaya yayılmış dağ yəhudilərinin hər biri özünə hər vaxt, hər zaman azərbaycanlı sayır və Azərbaycanı öz Vətəni hesab edir. Onlar tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlığın, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətimizdə əmin-amanlıq şəraitində yaşaraq dil və mədəniyyətlərini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini günümüzə qədər qoruyub saxlayıblar.

Xüsusilə qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanda tolerantlıq ənənələri Heydər Əliyevin ölkəmizdə rəhbərliyə gəlişindən sonra daha da möhkəmləndi. Bu mənada Heydər Əliyev bir zirvə idi. Zirvənin əzəməti isə uzaqlaşdıqca aydın görünür. Ona görə illər ötdükcə Ulu Öndərin əzəmətini biz daha aydın görürük. Heydər Əliyevən xalqımızın, məmləkətimizin arzuları ilə yaşayırdı. Bu gün isə Prezident İlham Əliyev Ulu Öndərin layiqli siyasi davamçısı olaraq, o arzuları həqiqətə çevirir. Təsadüfi deyil ki, Azərbaycanda müxtəlif xalqların, millətlərin və konfessiyaların mədəniyyətinin, tarixinin, adət-ənənələrinin saxlanılması və qorunması ilə bağlı xüsusilə indiki dövrdə böyük işlər görülür. Bu məsələdə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı və Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir.

Məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində qısa müddətdə Bakıda bizim üçün yeni və daha geniş sinaqoq inşa edilərək 2011-ci ilin martında istifadəyə verildi. Dünyada analoqu olmayan haldır ki, əhalisinin 96 faizi müsəlman olan bir dövlət yəhudilərə sinaqoq tikib. İcmamızın fəaliyyəti üçün daim dövlət tərəfindən maliyyə yardım ayrılır. Buna dünyanın heç yerində rast gəlmək mümkün deyil. Bu ibadətgah Azərbaycanda yaşayan dağ yəhudilərinə, ümumiyyətlə, bütün dünyaya yayılmış dağ yəhudilərinə möhtəşəm bir töhfədir. Həmin möhtəşəm töhfəyə görə Allah-Təalanın bizə verdiyi qismətdən istifadə edərək Prezidentə daim minətdarlığımızı bildiririk.

Hər şabat günü biz Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə və onun ailəsinə dualarımızı Allahdan diləyirik.

Yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və bundan qürur duyur, Azərbaycanı öz doğma vətəni hesab edirlər. Biz dünyanın ən multikultural və tolerant ölkəsində yaşamağımızla fəxr edirik. Biz Azərbaycanın bir parçasıyıq, bizi heç vaxt Azərbaycandan ayırmaq mümkün deyildir. Harada yaşamağımızıdan, harada olmağımızdan aslı olmayaraq biz həmişə azərbaycanlıyıq.

Azərbaycanın xoşbəxtliyi ondadır ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi Prezidenti var. Heydər Əliyev Azərbaycan üçün böyük bir xəzinə qoyub. Prezident İlham Əliyev isə xalqımıza göstərdiyi fövqəlbəşər xidmətlərlə bu xəzinəni daha da zənginləşdirir. Azərbaycanın Prezidenti öz fəaliyyətində millətimizə, bu məmləkətdə yaşayan bütün xalqlara arxalanır. Cünki həm Azərbaycanın, həm də hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab İlham Əliyev əlçatmaz yox, əlçatan bir Prezidentdir. Biz bunu daim görür və hiss edirik.”

Son xəbərlər

Orphus sistemi