Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib Məşədi Dadaş Məscidinə yeni imam təyin edilib.
Din
2 May , 2023 11:12
Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

Onun sözlərinə görə, imam Elmir Vəliyev də fəaliyyətini davam etdirəcək.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.

Son xəbərlər

Orphus sistemi