Bakı. 14 yanvar. REPORT.AZ/ “Azərbaycanda uğursuzluğa düçar olan və milli maraqlara zidd hərəkətləri ilə özlərini ifşa edən bəzi adamlar xaricə üz tutaraq ölkə əleyhinə qarayaxma kampaniyasında iştirak edir, sosial media vasitəsilə həqiqətlərə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar”.
“Report” xəbər verir ki, bunu
O qeyd edib ki, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün yalan məlumatlar dövriyyəyə buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini bilir.
M.Qurbanlı bildirib ki, ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur: “Çünki Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident
Bütün bu reallıqları görən hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, onun siyasətinə böyük inamını ifadə edir. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanlar, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvlərinin həbsdə olan bloqqer Mehman Hüseynovla görüşməsi məhz “beşinci kolon” nümayəndələri tərəfindən səsləndirilən iddiaların yalan və böhtan xarakterli məlumatlardan ibarət olduğunu bir daha sübuta yetirdi”.