Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir

Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir.
Din
16 Oktyabr , 2024 10:27
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Ramin Məmmədov

Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır: "Dini öyənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün dərin biliyə, erudisiyaya, eyni zamanda elmi məntiqə malik olmaq vacibdir. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir".

Son xəbərlər

Orphus sistemi