İsmayıllıda "Zərərli dini təriqətlər və onların fəsadları" mövzusunda tədbir keçirilib

İsmayıllıda "Zərərli dini təriqətlər və onların fəsadları" mövzusunda tədbir keçirilib Radikal dini cəryanlara qarşı effektiv mübarizə yolları müzakirə olunub
Din
7 Noyabr , 2016 19:54
İsmayıllıda Zərərli dini təriqətlər və onların fəsadları mövzusunda tədbir keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli dini təriqətlər və onların fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə RİH başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, İsmayıllı rayon prokuroru Ülvi Abbasov, DTX-nın İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini İsrayıl İsmayılov və rayon səhiyyə işçilərinin nümayəndələri iştirak ediblər.

Rayondakı dini durumla bağlı məruzə ilə çıxış edən RİH başçısının birinci müavini Rövşən Ağayev zərərli dini təriqətlərə qarşı mübarizədə bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin effektivliyini diqqətə çatdırıb.

İsmayıllı rayon prokuroru Ülvi Abbasov çıxışında dini radikalizmin fəsadlarından nümunələr göstərərək bu sahədə maarifləndirmənin əhəmiyyətini vurğulayıb.

Daha sonra DTX-nın İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ətrafında çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, onunla effektiv mübarizə yollarından geniş söhbət açıblar. Bildirilib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Son xəbərlər

Orphus sistemi