"Ümummilli lider
"Report" xəbər verir ki, bunu
O bildirib ki, H.Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda daxili münaqişələr sona çatıb: "Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən xalq olaraq böyük nailiyyətlər əldə etdik. Xaosların qarşısı alındı, digər problemlər öz həllini tapdı".
Sədr müavini Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb: "1993-cü ilin 5 sentyabrında "Təzəpir" məscidində Peyğəmbərin doğum günü ilə əlaqədar tədbir keçirilirdi. Heydər Əliyev də məscidə gəldi. Onun əyləşməyi üçün məscidin içərisinə kreslo gətirdilər. Amma ümummilli lider məscidin içində kresloda oturmaqdan imtina etdi. Heydər Əliyev hər zaman öz dininə sadiq qalıb və İslam dininin bütün ehkamlarına riayət edib".
S.Salahlının sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yaranmağa başlayıb: "Bir zamanlar məscidə getmək belə olmurdu. Bu gün isə kimsə kiməsə məsciddə bir neçə saat oturduğuna görə artıq-əskik heç nə deyə bilməz. Bəli, bunu ulu öndər bərqərar elədi. Hər kəsin ibadət etməsi onun öz ixtiyarındadır".