Gündüz İsmayılov: "Azərbaycan İslam həmrəyliyini yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırmır"

Gündüz İsmayılov: "Azərbaycan İslam həmrəyliyini yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırmır" "Həmrəylik bizim üçün başqa dinlərin nümayəndələri ilə birgəyaşayış deməkdir"
Din
13 Oktyabr , 2017 12:03
Gündüz İsmayılov: Azərbaycan İslam həmrəyliyini yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırmır

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Biz İslam həmrəyliyi dedikdə bütün Azərbaycan vətəndaşlarının -dinindən, milli mənsubiyyətindən asılı olmayaraq eyni dəyərlər, prinsiplər ətrafında birləşməsini nəzərdə tuturuq". 

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov Komitənin təşkilatçılığı ilə keçirilən "İslam Həmrəyliyi: Azərbaycan örnəyi" adlı tədbirdə deyib. 

O bildirib ki, Azərbaycan İslam həmrəyliyini yalnız müsəlmanların birliyi ilə məhdudlaşdırmır: "Azərbaycanın  İslam Həmrəyliyi örnəyi təkcə müsəlmanların bir araya gəlməsi deyil, müxtəlif xalqların, müxtəlif dini nümayəndələrin birgə yaşayışını nəzərdə tutur. Biz İslam həmrəyliyi dedikdə digər dinlərə, mədəniyyətlərə qarşı müsəlmanların təşkilatlanmasını nəzərdə tutmuruq. Biz islam həmrəyliyi dedikdə İslam dünyası ilə iqtisadi, mənəvi və s. məsələlərdə həmrəylik nəzərdə tuturuq. Həmçinin, həmrəylik bizim üçün başqa dinlərin nümayəndələri ilə birgəyaşayış deməkdir. Bunun da ən gözəl örnəyi Azərbaycandır".

Son xəbərlər

Orphus sistemi