Dövlət Komitəsi sədrinin müavini: "Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq"

Dövlət Komitəsi sədrinin müavini: "Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq" Bakı. 25 iyun. REPORT.AZ/ “Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”.
Din
25 İyun , 2018 11:28
Dövlət Komitəsi sədrinin müavini: Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı / Report
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ “Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma olmayıb”.

“Report”un xəbərinə görə, bunu “Bakı prosesi: Dini icmalar və vəzifələr” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

O qeyd edib ki, Azərbaycanda digər xalqlara hörmətlə yanaşırlar: “Azərbaycan müxtəlif millətlərin nümayəndələri yaşayırlar. Onlara heç vaxt təzyiq olmayıb, əksinə hörmətlə yanaşıblar, diqqət göstəriblər”.

S.Salahlının sözlərinə görə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi “Bakı prosesi” öz nəticəsini verir: “Biz dini maarifləndirməni həyata keçirməliyik. Biz preventiv tədbirlər həyata keçirməklə ölkədə sabitliyi pozmağa yönəlmiş addımların qarşısını alırıq. Ölkədə dini ayinlərin icrası ilə bağlı hər hansı qadağa yoxdur. Məsələn, vəhhabilər bunu gizlətmirlər, deyirlər ki, biz hakimiyyətə gələcəyik, sizin malınızı mülkünüzü ələ keçirəcəyik. Bu, artıq dini fəaliyyət deyil. Ölkədə Konstitusiyanın tələblərinə əməl edilir. Biz imkan verə bilmərik ki, hansısa qruplar ölkənin siyasi quruluşunu dəyişsinlər. Bu, dünya xalqları tərəfindən də təqdir olunur”.

Son xəbərlər

Orphus sistemi