Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputatın müraciətinə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputatın müraciətinə cavab verib Bakı. 27 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) deputat Qüdrət Həsənquliyevin ölkənin cənub bölgəsində qızların məktəbə getməməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müraciətinə münasibət bildirib.
Din
27 Dekabr , 2018 17:27
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi deputatın müraciətinə cavab verib
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) deputat Qüdrət Həsənquliyevin ölkənin cənub bölgəsində qızların məktəbə getməməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı müraciətinə münasibət bildirib.

Dövlət Komitəsindən “Report”a bildirilib ki, deputatın Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ünvanladığı açıq məktubda qeyd etdiyi məsələlərlə bağlı narahatlığını qəbul edirlər, bu cür mövqeyi təqdir edir və yüksək qiymətləndirirlər.

“Dövlət Komitəsi bu məsələni həmişə diqqət mərkəzində saxlayıb və fəaliyyətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. İndiyədək Dövlət Komitəsi Qafqaz Müsalmanları İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də digər aidiyyəti qurumlar, habelə qeyri-hökumət təşkilatları və yerli icra hakimiyyətləri orqanları ilə birgə respublikanın müxtəlif bölgələrində, xüsusən Cənub zonasında mütəmadi maarifçilik tədbirləri həyata keçirib. İnsan hüquqları aylığı çərçivəsində, eləcə də İslamda ailə dəyərləri, qadın hüquqları, erkən nikah və digər mövzularda təşkil edilən çoxsaylı tədbirlərdə ölkəmizin uğurlu inkişafının, cəmiyyətin bütün sahələrində, o cümlədən idarəetmə, təhsil, səhiyyə, qanunvericilik, seçkili orqanlarda qadınlarımızın iştirakının gələcəkdə də təmin olunması üçün qızların təhsil almasının əhəmiyyəti xüsusi qeyd olunub. Belə maarifçilik tədbirləri təkcə rayon mərkəzlərində deyil, qəsəbə və kəndlərdə də təşkil edilib. Elə bir qəsəbə və ya kənd ola bilməz ki, ən azı məscid və ya məktəb səviyyəsində biz maarifləndirici tədbirlər və görüşlər keçirməyək.

Onu da qeyd etmək lazımdır ki, bütün cəmiyyəti narahat edən bu problemin aradan qaldırılması üçün bütün aidiyyəti qurumlar, vətəndaş cəmiyyəti institutları, ailə sosiologiyası ilə məşğul olan mərkəzlər birgə səy göstərməlidirlər. Bu reallığı nəzərə alaraq, sözügedən sahədə apardığımız maarifçilik işlərini qarşıdakı illərdə də yüksək səviyyədə davam etdirmək üçün müvafiq tədbirlər planı hazırlamışıq və gələn ildən icrasına başlayacağıq” - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi