Dağ Yəhudiləri dini icmasının sədri: “Xocalı zülmünün qisası yerdə qalmadı”

Dağ Yəhudiləri dini icmasının sədri: “Xocalı zülmünün qisası yerdə qalmadı” “Xocalıda azərbaycanlılara qarşı edilən zülmün qisası alındı”.
Din
26 Fevral , 2023 11:10
Dağ Yəhudiləri dini icmasının sədri: “Xocalı zülmünün qisası yerdə qalmadı”

“Xocalı zülmünün qisası yerdə qalmadı”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib.

O söyləyib ki, Xocalıda azərbaycanlılara qarşı edilən zülmün qisası alındı:

“Allah tərəfindən deyilib ki, bir zülm var, bir də ərşə çəkilən zülm var. Xocalı ərşə çəkilən zülm idi”.

“Bu zülmün qisası isə yerdə qalmadı” -, M. Yevdayev vurğulayıb.

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Son xəbərlər

Orphus sistemi