Allahşükür Paşazadə: "Bu gün QMİ-də 50 mindən çox çapını gözləyən əlyazma var"

Allahşükür Paşazadə: "Bu gün QMİ-də 50 mindən çox çapını gözləyən əlyazma var" "İnanıram ki, dövlətimiz, alimlərimiz bu əlyazmaların yeni kitablara çevrilməsində bizə kömək edəcəklər"
Din
7 Dekabr , 2016 14:02
Allahşükür Paşazadə: Bu gün QMİ-də 50 mindən çox çapını gözləyən əlyazma var

Bakı. 7 dekabr. REPORT.AZ/ “Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 50 mindən çox çapını gözləyən əlyazma var”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, həmin kitabların nəşri üçün böyük alimlər, üləmalar lazımdır: “İnanıram ki, bu işin davamı gələcək və dövlətimiz, alimlərimiz bu əlyazmaların yeni kitablara çevrilməsində bizə kömək edəcəklər”.

A.Paşazadə bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizənin başında maarifləndirilmə dayanır.

Son xəbərlər

Orphus sistemi