Azərbaycandan 75 nəfər Ümrə ziyarətinə yola düşüb

Azərbaycandan 75 nəfər Ümrə ziyarətinə yola düşüb Onlar fevralın 11-də Vətənə dönəcəklər
Din
2 Fevral , 2017 13:44
Azərbaycandan 75 nəfər Ümrə ziyarətinə yola düşüb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Azərbaycandan 75 nəfər Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşüb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar Vətənə fevralın 11-də dönəcəklər.

H.Babayev bilidirib ki, Ümrə ziyarəti qiymətlərinin 1 550 və 2 250 dollar arasındadır: "Bu dəfə ziyarətə gedənlər bahalı xidmətdən istifadə edirlər. Onların hər biri beşulduzlu hoteldə yerləşdiriləcək. Gündə iki dəfə yeməklə təmin olunacaqlar. Ümrə ziyarətinə gedənlər üçün həkim xidmətinə ehtiyac olmur. Çünki Ümrə ziyarəti vaxtı sıxlıq yaranmır. Əgər ehtiyac olarsa, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Türkiyə xəstəxanalarına müraciət olunur".

Son xəbərlər

Orphus sistemi