“Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir”.
“Report” xəbər verir ki, bunu
O qeyd edib ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük Azərbaycan xalqının əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir: “ Bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur”.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident
Onun sözlərinə görə, mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq Prezident İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur: “Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də, öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir”.