AMEA prezidenti: Dini sahədə qanunvericilik təkmilləşdirilməlidir

AMEA prezidenti: Dini sahədə qanunvericilik təkmilləşdirilməlidir Azərbaycanda dini sahədə qanunvericilik təkmilləşdirilməlidir.
Din
23 Dekabr , 2024 11:33
AMEA prezidenti: Dini sahədə qanunvericilik təkmilləşdirilməlidir
İsa Həbibbəyli

Azərbaycanda dini sahədə qanunvericilik təkmilləşdirilməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini maarifləndirmə elmi əsaslara söykənməsə, fanatizmə və digər meyillərə yönləndirilməsi, milli-mənəvi dəyərlər sferasından çıxarılması müşahidə oluna bilər.

İ.Həbibbəyli bildirib ki, son illər atılan addımlar Azərbaycanda dini maarifləndirmənin yeni mərhələsinin başladığını göstərir:

"Hesab edirəm ki, din sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müasirləşdirilməsi davam etməlidir. Bu məsələdə həm din alimlərinin, həm də elmi təcrübələrdən faydalanmaq dini maarifləndirilmənin effektivliyinə əhəmiyyətli dəstək verəcək".

Son xəbərlər

Orphus sistemi