Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək

Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək Qafqaz Müsəlmanları İdarəsinin sədri noyabrın 20-də Moskvaya gedəcək
Din
121
12 Noyabr , 2016 13:01
Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək
Report.az

Moskva. 12 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Moskvaya gedəcək.

Bunu "Report"a açıqlamasında QMİ-nin sədr müavini Rəşad Əliyarlı deyib. 

Onun sözlərinə görə, A.Paşazadə səfər zamanı Moskva və bütün Rusiyanın patriarxı Kirilin 70 illik yubileyində iştirak edəcək. QMİ sədrinin səfəri 2 gün davam edəcək.

QMİ-nin Rusiyadakı nümayəndəsi Şafiq Pşixaçev "Report"a bildirib ki, A.Paşazdə Moskvada bir sıra görüşlər keçirməyi, o cümlədən Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdinlə görüşməyi planlaşdırır: "Allahşükür Paşazadə "Əhli-Beyt" ictimai təşkilatı və Moskva Cümə Məscidinin rəhbərliyi arasında yaranmış mübahisəni nəzarət altında saxlayır. Bununla bağlı aparılan müzakirələrdə əldə olunan nəticələr Moskvaya səfərinin yekununda açıqlanacaq".

Son xəbərlər

Orphus sistemi