Qazaxıstanlı deputat: "Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcək"

Qazaxıstanlı deputat: "Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcək" Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusip cənablarını qəbul edib.
Din
16 May , 2023 16:45
Qazaxıstanlı deputat: Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusipi qəbul edib.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisi tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün Azərbaycana gələn Nurtore Jusip Azərbaycana səfərindən məmnunluğunu bildirib.

Şeyxülislama Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayevin məktubunu təqdim edib. Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən komitə sədri, bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu qeyd edib.

Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyətinə ümidvar olduğunu vurğulayıb.

Qonaqları səmimi salamlayan Şeyxülislam Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində Qazaxıstan nümayəndə heyətinin Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirib. Şeyxülislam həzrətləri ölkələrimiz arasında milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib.

Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə Nurtore Jusipə ziyarəti üçün təşəkkürünü bildirib və Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı həzrətlərinə salam-dualarını çatdırıb.

Son xəbərlər

Orphus sistemi