Bakı. 1 mart.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Bildirilib ki, Azərbaycandakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığı baxımından əhəmiyyətli olan səfər müddətində nümayəndə heyətinin DQİDK-də, eləcə də Xarici İşlər Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirməsi, habelə ölkədəki tolerantlıq mühiti ilə tanışlıq məqsədilə Bakıdakı yəhudi məktəbi, Heydər məscidi, pravoslav, katolik kilsələri, eləcə də Dağ və Avropa yəhudilərinin sinaqoqlarına, o cümlədən yəhudilərin kompakt yaşadıqları Quba rayonu Qırmızı Qəsəbəyə səfər etməsi nəzərdə tutulub.
Eyni zamanda səfər proqramı çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə martın 5-də Bakıda “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçiriləcək.