​Abdulla Gül Əjdərbəy məscidində cümə namazı qılıb

​Abdulla Gül Əjdərbəy məscidində cümə namazı qılıb Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin sabiq prezidentinə xatirə hədiyyəsi təqdim edib
Din
1 May , 2015 16:54
​Abdulla Gül Əjdərbəy məscidində cümə namazı qılıb

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev dünya şöhrətli, nüfuzlu şəxsiyyətlərin Azərbaycana səfərlərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin keçmiş prezidenti Abdulla Güllə görüşən QMİ sədri A.Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib. A.Gül öz növbəsində, Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırladıb və A.Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Görüşün sonunda Şeyxülislam A.Paşazadə A.Gülə xatirə hədiyyəsi təqdim edib.

Son xəbərlər

Orphus sistemi