Səudiyyə Ərəbistanı bayram namazı ilə bağlı qərar verdi

Səudiyyə Ərəbistanı bayram namazı ilə bağlı qərar verdi Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbindən Ramazan ayında bayram və təravih namazları evlərdə qılınacaq.
Din
18 Aprel , 2020 12:09
Səudiyyə Ərəbistanı bayram namazı ilə bağlı qərar verdi

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbindən Ramazan ayında bayram və təravih namazları evlərdə qılınacaq.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu ölkənin baş müftisi Əbdüləziz Əl əş-Şeyx deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar təravih namazı evlərdə qılınacaq: “Pandemiyanın yayılması uzandıqca və Ramazan ayının sonuna qədər qabaqlayıcı tədbirlərin görülməsi səbəbindən bayram namazı da evlərdə qılınacaq”.

Qeyd edək ki, ölkədə COVID-19 səbəbindən məscidlərdə camaat və cümə namazlarının qılınması təxirə salınıb. Eyni zamanda Ramazan bayramı ərəfəsində də məscidlərdə namazlar qılınmayacaq və iftar verilməyəcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında ümumilikdə 7 142 nəfər koronavirusa yoluxub, 87 nəfər isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi