Mübariz Qurbanlı: "Siyahı dəqiqləşib, imamlar ayda 400 manatdan yuxarı maddi dəstək alacaqlar"

Mübariz Qurbanlı: "Siyahı dəqiqləşib, imamlar ayda 400 manatdan yuxarı maddi dəstək alacaqlar" Bakı. 1 may. REPORT.AZ/ Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib.
Din
1 May , 2018 11:40
Mübariz Qurbanlı: Siyahı dəqiqləşib, imamlar ayda 400 manatdan yuxarı maddi dəstək alacaqlar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report/ Firi Salim

Bakı. 1 may. REPORT.AZ/ "Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, siyahıya uyğun olaraq Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi və məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər onlar üçün açılan bank hesablarından ödənişlərini ala biləcəklər.

M.Qurbanlı qeyd edib ki, vəsait fevral ayının sonundan ayrıldığından mart ayı ilə birgə hesablanaraq din xadimlərinə ödəniləcək: "Bakı və Bakıətrafı qəsəbələrdə çalışan din xadimlərinin siyahıları tam hazırdır. Naxçıvan Muxtar Respublikası da siyahıları təqdim edib. Yaxın günlərdə maddi dəstək ödənilməyə başlanılacaq".

Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadimlərinin adı var: "İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Naxçıvanda çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq". 

Son xəbərlər

Orphus sistemi