Bakı. 9 iyun. REPORT.AZ/ Salyan rayonundakı
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
Konfransda çıxış edən DQİDK-nın sədri
Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb: "Bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər".
Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb: "Ölkədə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur".
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, deputatlar
Konfrans başa çatdıqdan sonra komitə sədri Mübariz Qurbanlı Salyandakı “Cümə” məscidində olub, dindarlarla görüşüb və onlara dini kitablar bağışlayıb.
Regional konfrans işini iyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularıyla çıxış edəcəklər.