Yuxarı

Əliağa Hüseynov

 - 

Milli Məclisin deputatı



2010

7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

2009

2009-cu ildə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1998

1998-2009-cu illərdə Azərbaycanın Hərbi Komissarı olub.

1988

1988-1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləyib.

1983

1983-1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı işləyib.

1978

1978-1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi vəzifəsini icra edib.

1976

1976-1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini işləyib.

1975

1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirib.

1974

1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

1972

1972-1976-cı illərdə Bakı şəhəri "26 Bakı komissarı" rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi işləyib.

1970

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.

1946

Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olub.