"Qərbi Abşeron" yatağında stasionar dəniz özülü istismara verilib

Energetika
  • 05 noyabr, 2026
  • 11:01
Qərbi Abşeron yatağında stasionar dəniz özülü istismara verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin Abşeronneft Neft və qazçıxarma idarəsinin "Qərbi Abşeron" yatağında yeni inşa olunmuş 50 saylı stasionar dəniz özülü istismara verilib.

Bu barədə "Report" "Azneft"ə istinadən xəbər verir.

Məlumata əsasən, yeni platformada ilk quyunun qazma, tamamlama işləri uğurla icra edilib və hasilat prosesinə başlanılıb:

"Ümumilikdə isə, 16 quyunun qazılması nəzərdə tutulub. Qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları vasitəsilə qurulmuş geoloji model əsasında layihələndirilir və icra edilir".