DİN-in duracaqlarında avtomobillərin saxlanılma məbləği təsdiqlənib
- 24 sentyabr, 2026
- 14:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği təsdiqlənib.
"Report" xəbər verir ki, bununla bağlı DİN-in kollegiyası qərar qəbul edib.
| Sıra №-si |
Adı |
Ölçü vahidi | Haqqın məbləğı (manatla, ƏDV daxil) |
| 1. | Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi | ədəd*reys | 30 |
| 2. | Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması | ||
|
2.1. | Kütləsi 3,5 tona qədər olan (3,5 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
2 |
|
2.2. | Kütləsi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
3 |
|
2.3. | Kütləsi 10 tondan yuxarı olan 1 ədəd nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündəlik haqq | ədəd*gün |
5 |
Qeyd 1. Qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50%-i miqdarında əlavə haqq hesablanır.
Qeyd 2. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır.