Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb
Hadisə
- 17 yanvar, 2026
- 16:13
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarını oğurladıqdan sonra evi yandıran şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.
Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Son xəbərlər
17:04
Sabah bəzi rayonlarda güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
Ekologiya17:03
Rusiyanın Odessaya hücumu nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr17:01
UFC-də bir döyüş şübhəli mərc səbəbindən ləğv edilib
Fərdi16:55
İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırılıb
Region16:53
Foto
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
ASK16:53
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Milli Məclis16:52
"Qarabağ"ın baş məşqçisi: "Çempionatda maksimum nəticə göstərməyimiz əzmkarlığın nəticəsidir"
Komanda16:48
Avstriyada qatarı qaçırmağa cəhd edən şəxs saxlanılıb
Digər ölkələr16:47
Foto