Ceyhun Bayramov İtaliya Senatının Sədri ilə görüşüb
Xarici siyasət
- 26 noyabr, 2025
- 20:49
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Sədri İqnatsio La Russa ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında məlumat paylaşıb.
"İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Sədri İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.
Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik.
Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım", - nazir qeyd edib.
Son xəbərlər
05:34
Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
Digər ölkələr05:07
Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
Digər ölkələr04:51
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr04:21
Video
NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib
Elm və təhsil03:43
KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir
Digər ölkələr03:14
İran ABŞ-nin Fars vilayətinə hücumu zamanı dörd nəfərin öldüyünü bildirib
Region02:38
ABŞ Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr02:09
İsmail Bəqayi: Vaşinqtonun Tehrana qarşı tələbləri ədalətsizdir
Region01:43