Vens razılaşma rədd ediləcəyi təqdirdə İranı zərbələrin gücləndiriləcəyi ilə hədələyib
- 02 aprel, 2026
- 01:43
Əvvəllər mətbuat tərəfindən İran məsələsində əsas danışıqçı kimi xarakterizə edilən ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Tehranın razılaşmadan imtina edəcəyi tədqirdə Vaşinqtonun İranın infrastrukturuna zərbələri artırmağa hazır olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər verib.
"Vens İran tərəfinə "sərt mesaj" göndərib və razılaşmanı rədd edəcəyi təqdirdə ABŞ-nin İranın infrastrukturuna təzyiqi artıracağını bildirib", - telekanal qeyd edib.
Vensin mesajı çərşənbə axşamı vasitəçilərə göndərdiyi bildirilir ki, onlar bunu İran rəhbərliyinə çatdırsınlar. O, həmçinin Prezident Donald Trampın "səbrini itirdiyi"ni və münaqişəyə son qoymağa çalışdığını vurğulayıb.
Bundan əlavə, mənbə bildirib ki, Tramp Vensə Vaşinqtonun tələblərini, o cümlədən Hörmüz boğazının açılmasını qəbul etməsi şərtilə Amerika tərəfinin atəşkəsə razılaşmaq üçün hazır olduğunu İrana çatdırmağı tapşırıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ-yə və onun hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.
Daha sonra Tramp İran hakimiyyətinin ABŞ-yə atəşkəs xahişi ilə müraciət etdiyini açıqlayıb.